Sumqayıt sakini: “Təcili tibbi yardım çağırırıq, gələnə kimi xəstə artıq can verir” - VİDEO

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Beton zavod” yaşayış massivi adlanan ərazidə yaşayan üç minə yaxın sakin 20 ildən artıqdır ki, yol və kanalizasiya problemindən əziyyət çəkir.

Onlar iddia ediblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemə çarə tapılmayıb:

“Yollarımız bərbad vəziyyətdədir, bura baxan yoxdur. Palçıqda getmək olmur. Göydən yerə yağış düşən kimi kanalizasiya daşır, yolu tutur. Təcili tibbi yardım çağırırıq, gələnə kimi xəstə artıq can verir”.

Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsindən bildirilib ki, cari il ərzində şəhərin bir sıra ərazisində geniş asfaltlanma işləri nəzərdə tutulub, “Beton zavod” yaşayış massivi də həmin siyahıya daxildir.

Daha ətraflı Baku TV-nin süjetində:

 

10.04.2024 23:07
518