1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.
***
Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
APA xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.
Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.
Onun vəziyyəti ağırdır.