Sultan Abdulhamid ilk parlamenti niyə 30 il tətilə göndərdi - Türkiyənin ilk seçkiləri: - Qızıl Alma - VİDEO

Türkiyə tarixində ilk seçkilər 23 dekabr 1876-cı ildə keçirilən Konstitusiyalı Monarxiyanın elan edilməsi və parlament sisteminə keçidlə baş tutmuşdu.

Dəbdəbəli Dolbabaxça sarayinda Sultan II Əbdülhəmid ilk dəfə olaraq millət vəkillərini təmtəraqla hüzuruna qəbul etmiş, Məclisi-Məbusanın açılışı olmuşdu.

Birinci Konstitusiyalı Monarxiya dövründə seçkilər iki dəfə keçirilir. Parlamentin formalaşdırılması xüsusi hazırlanan Təlimata əsasən təşkil edilir. Təlimata əsasən, 80-i müsəlman, 50-si qeyri-müsəlman olmaqla 130 deputatın seçilməsi qərara alınır. Nümayəndələr Məclisinin üzvlərinin sayı elə seçilmişdi ki, hər 50.000 Osmanlı vətəndaşına bir nümayəndə düşsün. Seçki gizli səsvermə yolu ilə keçirilir. Osmanlı vətəndaşı olmayan, türk dilini bilməyən, 30 yaşına çatmayan, cinayət törədənlər, günahı hələ sübut olunmayan ancaq istintaqı gedən, özünü rüsvayçı aparan, vətəndaş hüquqlarından məhrum olanlar parlamentə seçilə bilməzdilər. Deputat seçilmək üçün mümkün qədər türkcə oxumaq, yazmaq tələb olunurdu. Nümayəndələr Palatasının deputatları seçildikləri bölgə qarşısında deyil, bütün Osmanlı xalqı qarşısında məsul idilər.

15.08.2023 22:17
5060