Sülhməramlılara yeni komandan təyin edilir - İddia

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin ediləcək.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, rusiyalı general-mayor Kirill Denisoviç Kulakov bu vəzifəyə gətirilir.

Hələlik, təyinatla bağlı Rusiya MN-dən hər hansı açıqlama yoxdur.

27.08.2023 20:32
1518