Rusiyanın Qarabağ iqtisadi rayonundakı sülhməramlı qüvvələri Xankəndi ərazisində iki post qurub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat yerləşdirilib.
“Dağlıq Qarabağ münaqişə zonası” ifadəsinin “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” ilə əvəzləndiyi bülletendə qeyd olunur ki, Xankəndi ərazisində postlar “yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün” yaradılıb.
Musavat.com