“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” - SENSASİON AÇIQLAMA

Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza - noyabra qədər imzalamaq istəyir”, - ekspert qeyd edib.

Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.

04.06.2024 00:18
1518