“Sülh quşu” Cənubi Koreya və Yaponiya səmasında uçur - Ermənistanın Hindistanla ŞOK anlaşması

İlk yayınlanma: 14 sentyabr

Ermənistanın sülh üçün necə “ürəyinin getdiyi”ni təsdiqləyən daha bir məlumat gəldi. Paşinyan hakimiyyəti Hindistan istehsalı olan silah və sursatların çevrəsini genişləndirməyə qərar verib, hətta hava məkanını da hind istehsalına etibar etməkdə qərarlıdır, bu barədə bir az sonra...

NİKOL.jpg (60 KB)

Rəsmi İrəvan son günlərdə davamlı şəkildə “sülh göyərçini” rolunda çıxış etməyə üstünlük verirdi və tam əminliklə bildirirdik ki, bu işin bir “əmma”sı var. Bəli, İrəvandan nə vaxt sülh bəyanatları gəlirsə, ardınca təxribatlar+silahlanma ilə bağlı yeni təfərrüatlar gəlir. Bu dəfə də eyni hal təkrarlandı. Naxçıvanın Sədərəyindən Kəlbəcər bölgəsinədək atəş səsləri eşidilməyə başladı. Bu təxribatlara Ermənistanın silahlanması “zərurəti” naminə əl atıldığı şübhə doğurmurdu və bu da hind faktı.

TEXRİBAT YENİ.jpg (57 KB)

Ermənistan hərbi hava qüvvələrini modernləşdirməyə can atır və Hindistandan silahlanma və təyyarələrinin dayanıqlılığı baxımından kömək istəyir. Erməni mediası bu barədə Hindistanın “The Print” nəşri mənbələrə istinadən yazıb. “Ermənistanın idarə etdiyi Su30-lar bizim işlətdiklərindən fərqlidir. Beləliklə, nə edilə biləcəyini görməliyik. Danışıqlar yalnız ilkin mərhələdədir”, - mənbə ThePrint-ə bildirib. Əlavə olunub ki, “Onlar (ermənilər) Su30-larını modernləşdirmək və silahlarımızı birləşdirmək istəyirlər”.

Materialda deyilir ki, Ermənistanın axtardığı silahlar arasında havadan-yerə idarə olunan sursatlar da var. O da qeyd olunur ki, Ermənistanın da BrahMos havadan buraxılan raketləri almaq istəyib-istəmədiyinə dair heç bir təsdiq alınmayıb.

BRAH .png (1.06 MB)

Mənbə bildirib ki, raketlərin ixracı ilə bağlı çoxlu protokollar var və ilk növbədə bir çox məsələləri həll etmək lazımdır.

“Ermənistan 2019-cu ildə Rusiyadan 4 Su30 təyyarəsi alıb, lakin onlar 2020-ci ildə Azərbaycanla Dağlıq Qarabağ münaqişəsində iştirak etməyiblər, çünki bu təyyarədə atəş gücü, o cümlədən havadan-yerə idarə olunan hərbi sursatlar yox idi. Maraqlıdır ki, Azərbaycan sovet dövründən qalma Su25-ni Türkiyənin köməyi ilə gücləndirib”, - Hindistan mediası iddia edib.

“The Print” onu da yazır ki, Ermənistanın nəzərdən keçirdiyi digər sahə Su30-a texniki qulluq, eləcə də pilotların hazırlanmasıdır. Nəşrin qeyd etdiyi kimi, Hindistan təxminən 272 Su 30 MKI istismar edir və bəzi təyyarə komponentlərinin yerli istehsalını qurmağa nail olub ki, bu da texniki xidmət və ehtiyat hissələri baxımından Rusiyadan asılılığı azaltmağa kömək edir. “Yeri gəlmişkən, Ermənistanın idarə etdiyi dörd Su30 təyyarəsi əsasən, “ağ fillər” kimi tanınır, çünki onlara çoxlu pul qoyulub, amma heç bir faydası olmayıb. Digər tərəfdən, Azərbaycan Ermənistanın çoxsaylı hava hücumundan müdafiə sistemlərini sıradan çıxara bilən, həmçinin zirehli kolonnalarını zədələyə bilən pilotsuz təyyarələr və döyüş sursatlarına sərmayə qoydu. Münaqişədən bəri Ermənistan Hindistana müdafiə məhsullarının əsas ixracatçısına çevrilib və keçmişdə artilleriya qurğuları, eləcə də bəzi növ raketlər, minaatanlar, radarlar, atıcı silahlar və nişangah sistemləri də daxil olmaqla bir neçə sistem alıb”, - “The Print” yazıb.

OTUZ .png (458 KB)

Bundan əvvəl Ermənistanın Hindistandan yüz milyonlarla dollarlıq silahlar aldığı barədə məlumatlar yayılıb.

Həmin silah-sursatların daşınmasında çox təəssüf ki, İran marşrutu da ermənilər üçün önəmli rol oynayıb. Amma görünən budur ki, Ermənistan aldığı silahlarla “doymaq” niyyətində deyil və davamını gətirir. Beləcə, Paşinyan hökuməti əhalisini adam kimi yaşatmaqdansa, əldə olunan maliyyə vəsaitini silah-sursat alışına yönəldir.

Elə bu günlərdə Ermənistan mətbuatı yazdı ki, təkcə Zəngəzur bölgəsini 50 min erməni tərk edib. Əhalisinin sayı gündən-günə azalan ölkə üçün məntiqlə Zəngəzur qərb hissəsində məskunlaşma prinsipial əhəmiyyət kəsb etməli idi. Amma baxın, Nikol Paşinyan hökuməti əhalisinin qarnını doyurmaqdansa, pul-paranı silaha xərcləyir. Bununla həm də növbəti eskalasiyaya hazırlaşır və müharibədə mənasız yerə qırılmaq istəməyən ermənilər başını götürüb Ermənistandan qaçırlar. Guya hakimiyyətin vecinədirmi? Qəti şəkildə. Bu gün Ermənistan hakimiyyəti üçün şərti sərhədlərə fransız, amerikan, danadalı hərbçiləri, cəsusları yerləşdirmək daha önəmli məsələdir. 50 min erməninin qaçdığı Zəngəzurda ABŞ hərbi bazasının yaradılması da ondan xəbər verir ki, Ermənistan rəhbərliyini əhalinin taleyi maraqlandırmır, sadəcə Qərbdən verilən “ev tapşırığı” icra olunur. Bununla da “Dəmir Yumruq”u intizarla gözlədiklərini nümayiş etdirirlər.

İLHAM ESGER.jpg (246 KB)

Azərbaycan və Ermənistan arasındakı ikitərəfli formatda danışıqları “alqışladığını” bəyan edən Vaşinqton nədənsə Ermənistanın artan təxribatına, həmçinin hind silahlarının intensiv şəkildə ölkəyə daşınmasına reaksiya vermir. Nə adi silahlar haqqında konvensiya yada düşür, nə də...ABŞ-nin USAİD-i də bu yandan Ermənistana ayırdığı vəsaitin məbləğini 120 milyondan 250 milyon dollaradək artırdı. Artırdı ki, Ermənistan rahat şəkildə əlini “cibinə” salıb, silah alsın? Birbaşa da olmasa, silahlanmaya dolayısı dəstəkdir...

Bu yandan da Fransa... Sentyabrın 16-da Ermənistan və Fransa xarici işlər nazirləri arasında danışıqlar aparılacaq. İrəvan Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqləyib. Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək. Makronun yeni tapşırıqlarını gətirir Sejurnen.

makron avropa.jpg (66 KB)

Bundan əvvəl Ermənistanın müdafiə naziri Cənubi Koreyaya səfər etdi, 21-ci əsr silahları ilə bağlı tədbirə qatıldı. Silah alışının miqyası Hindistanla, İranla, Fransa, ABŞ ilə  yekunlaşmır. Sülh qaranquşu artıq Cənubi Koreya və Yaponiya səmasında uçur.

Belə yerdə məşhur filmin o epizodu yada düşür: “Uşaqda fərasətə bax, hamını aldadıb”. Nikol bu dəfə də dünyanı aldatmaq istəyir...

15.09.2024 08:00
1918