Bakının Heydər Əliyev prospektində yük maşınının sürücüsü qəza törədib.
Musavat.com "avtosfer.az"-a istinadla xəbər verir ki, sükan arxasında yatan sürücü idarəetməni itirib və avtomobillə dəmir arakəsmələri əzərək əks istiqamətli yola çıxıb.
Qəza zamanı yolda avtomobillər olmayıb və ikinci hadisə baş verməyib.
Hadisənin anbaan videosunu təqdim edirik: