Sudan ordusu və Çevik Reaksiya Qüvvələri Ciddədə (Səudiyyə Ərəbistanı) mülki əhalinin toqquşmalardan təhlükəsiz şəkildə çıxması ilə bağlı ilkin razılaşma imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "Al-Arabiya" televiziya kanalı mənbələrə istinadən bildirib.
"Sudan Ordusu və Çevik Reaksiya Qüvvələri Ciddədə ilkin razılaşma imzalayıb", - deyə mənbədən bildirilib.
Razılaşmalara əsasən, tərəflər “mülki əhalinin münaqişə zonalarından təhlükəsiz çıxışını təşkil etməyi”, habelə “mülki əhali üçün təchizat təhlükəsizliyini təmin etməyi” öhdəsinə götürürlər.