Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Novxanı sakini Hacı Vasif köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıb.
Hacı Vasif deyir ki, indiki dövrdə televiziyaları dava yığıncağına çeviriblər:
“Ailədən, qadınlıqdan xəbəri olmayanlar kimlərəsə dərs keçirlər, namusdan danışırlar. Həya və abır kişidə də, qadında da olmalıdır”.
Onun fikrincə, qızın da, oğlanın da dostu öz ata-anası olmalıdır.
Hacı Vasif bildirib ki, bacısı olan qardaş evə dostunu gətirməz:
“Ola bilər ki, dostunu qardaşı kimi çox istəyir. Amma evdə subay bacısı olan qardaş dostunu evə gətirməz”.