Alyaska Hava Yollarının 4 stüardessası uçuş zamanı naməlum qazdan zəhərlənib və xəstəxanaya aparılıb.
Bu barədə "Hawaii News Now" nəşri məlumat yayıb.
Fövqəladə hadisə sentyabrın 12-də Kauaidən (Havay adalarından biri) Sietlə uçan sərnişin təyyarəsinin göyərtəsində baş verib . Qəribə qoxu 28-59 yaş arasında olan dörd ekipaj üzvünün zəhərlənməsinə səbəb olub.
Təyyarə Honoluluda məcburi eniş edib və zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, stüardessaların vəziyyəti stabildir, lakin onlar ürəkbulanma və koordinasiya çatışmazlığı hiss edirlər.