NATO-nun təqaüdçü baş katibi Yens Stoltenberq deyib ki, tammiqyaslı döyüşlər başlayandan dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlamaq çətin olub, çünki o, ilk günlər bunkerdə idi.
Musavat.com “Financial Times”-a istinadla xəbər verir ki, Stoltenberq bu nəşrə müsahibəsində 2022-ci il fevralın 24-də Rusiya hərbi əməliyyatlarının başlamasından sonra Zelenski ilə iki gün danışa bilmədiyini bildirib. Keçmiş baş katib xatırlayır ki, ilk söhbət "olduqca çətin" olub.
Stoltenberqin fikrincə, səbəbin bir hissəsi Zelenskinin tezliklə “tutulacağı və ya öldürüləcəyi” qorxusu idi. “Amma bundan da çox söhbət Ukrayna üzərində uçuşa qadağan olunan zonanın yaradılmasından gedirdi. “O, uçuşa qadağan olunmuş zonanın yaradılmasını istəyirdi. Amma mən onu verə bilmədim”, - Stoltenberq deyib.
Musavat.com