NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin 2022-ci ilə qədər Ukraynaya “kifayət qədər yardım göstərməməsindən” təəssüfləndiyini bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, NATO Ukraynaya “kömək etməyə” çox erkən başlaya, xüsusilə effektiv silahları ona daha tez təhvil verə bilərdi, amma indi əldən gələn şey bunun edilmədiyinə peşman olmaqdır.
“Təəssüf edirəm ki, NATO müttəfiqləri və NATO-nun özü Ukraynanı daha tez gücləndirmək üçün daha çox iş görmədilər”, - Stoltenberq bildirib.
Lakin o, digər təfərrüatları dəqiqləşdirməyib. Xüsusilə, o, bunun hansı bəhanə ilə edilə biləcəyini və Ukraynaya niyə silah “lazım olduğunu” açıqlamayıb.
Bundan əvvəl NATO rəhbəri Ukraynada blokun iflasa uğradığını etiraf edib. O, bunu Şimali Atlantika Alyansının baş katibi kimi işinə yekun vurarkən edib.
Musavat.com