Stokholmda atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

İsveçin paytaxtı Stokholmda atışma baş verib.

APA-nın “Aftonbladet” qəzetinə istinadla məlumatına görə, McDonald's restoranının yaxınlığında baş ən atışmada 3 nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb.

Polisin məlumatına görə, digər yaralılar üçün həyati təhlükə yoxdur.

Hadisəni törədənlər polisi çaşdırmaq üçün atəşfəşanlıq da ediblər.

01.01.2023 05:00
300