Stefan Sejurne Fransanın Aİ komissarı təyin edildi

Fransanın Avropa İttifaqı komissarı postuna kimin gətiriləcəyi məlum olub.

“Politico” nəşri xəbər verir ki, Yelisey Sarayının yaydığı məlumatda deyilir ki, Fransanın xarici işlər naziri Stefan Sejurne Aİ komissarı vəzifəsində Thierry Bretonu əvəz edəcək.

Qeyd edək ki, Fransanın Avropa İttifaqı komissarı Thierry Breton bu gün istefa verdiyini açıqlayıb.//APA

16.09.2024 14:10
214