Starmer Britaniyanın yeni Nazirlər Kabinetini təqdim edib

Britaniyanın yeni Baş naziri Keir Starmer kabinetinə nazirlər təyin edib.

"Report" xəbər verir ki, iyulun 5-də o, Kral Çarlzla görüşdükdən sonra rəsmi olaraq Baş nazir vəzifəsinin icrasına başlayıb. Baş nazirliyin ofisi olan “10 Downing Street” önündə çıxış etdikdən sonra Keir Starmer kabinetini qurmağa başlayıb.

Yeni təyinatlara əsasən Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə xarici işlər naziri təyin olunub. Bundan əlavə Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz isə maliyyə naziri təyin olunub.

Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.

06.07.2024 03:39
647