SSRİ-nin keçmiş baş naziri, ən yaşlı senator Nikolay Rıjkov Federasiya Şurasında Belqorod vilayətinin icra hakimiyyətinin nümayəndəsi vəzifəsindən istefa verib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Federasiya Şurasının saytında dərc edilmiş qərarda deyilir.
Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyenkonun imzaladığı sənədə əsasən, Rıjkovun səlahiyyətlərinə sentyabrın 25-də vaxtından əvvəl xitam verilib.
Nikolay Rıjkovun 94 yaşı var. O, 2003-cü ildən Belqorod vilayətinin senatoru olub.
Musavat.com