SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..." - VİDEO

SSRİ-nin ilk qadın naziri Nəbibə Həsənova yaşadığı evdən oğlu tərəfindən qovulduğunu iddia edir.

Şikayətçinin sözlərinə görə, illər əvvəl oğlu sözügedən mülkün sənədləşdirilməsi zamanı onu aldadıb.

"Gəldi ki, dur gedək. Hara getdiyimizi bilmirdim. Daha sonra sənədə imza çəkdirdi. Nəyə imza atdığımı soruşanda, dedi ki, sonra izah edərəm. Sən demə, imzanı evi əlimdən almaq üçün çəkdiribmiş", - N.Həsənova söyləyib.

Qarşı tərəf Aydın Cabbarov isə anasını bağdan qovmaqla bağlı iddialara cavab verməkdən imtina edib.

10.09.2024 00:16
1793