Şri-Lankanın cənubunda baş verən atışma nəticəsində 5 nəfər ölüb.
“Report”un xəbərinə görə, bu barədə “Ada Derana” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Tanqallenin Beliatta rayonunda baş verib. Belə ki, səhər saatlarında bir qrup naməlum şəxs avtomobildə olan 5 nəfərə atəş açıb.