Şri-Lanka prezidenti parlamenti buraxıb

Şri-Lankanın yeni prezidenti Anura Kumara Dissanayake sentyabrın 25-i gecə yarısından (24 sentyabr Bakı vaxtı ilə 23:30) parlamentin buraxılması haqqında sərəncam imzalayıb.

Bu barədə Şri-Lankanın yeni prezidentinin ofisinin dərc etdiyi sənəddə deyilir.

Qeyd olunub ki, deputat seçkiləri noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Dissanayake dəfələrlə Qərbə qarşı düşmənçilik nümayiş etdirmiş çinyönlü siyasətçi hesab olunur. Universitet tələbələri, müəllimlər və fəhlə sinfi tərəfindən fəal şəkildə dəstəklənir. Onun siyasi proqramının əsas prinsipləri arasında siyasətdə saxtakarlığın və korrupsiyanın aradan qaldırılması yer alır. Xarici siyasətdə Dissanayake neytrallığı qoruyur.\\“Report” 

25.09.2024 02:40
241