Sumqayıtda 46 yaşlı kişi küçədə qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində baş verib. 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.