Söyüş üstündə dəhşətli qətl: Məhkəmə əmisini bıçaqlayan şəxsə hökm oxudu - VİDEO

Əmisini bıçaqla qətlə yetirən Şahin Qədəşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsində baş verib. Şahin Qədəşov yaşadığı evin yaxınlığında əmisi Valeh Qədəşova bıçaqla zərbə endirərək, onun həyatına son qoyub.

Şahin Qədəşov bildirib ki, əmisi Valeh Qədəşov spirtli içki aludəçisi olub, tüfeyli həyat tərzi keçirib. Son vaxtlar əmisi sərxoş vəziyyətdə yaşadığı evə gələrək onun və mərhum atasının ünvanına söyüş söyüb. Heç vaxt əmisinin təhqirlərinə cavab qaytarmayıb və bir böyük kimi həmişə onu yola verməyə çalışıb.

Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

23.10.2023 15:10
886