Şoyqunun həbsi an məsələsidir: 3-cü müavini də həbs olundu

Musavat.com xəbər verir ki, Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun daha bir müavini həbs olunub.

General Pavel Popov Şoyqunun altı ayda həbsdə olan üçüncü keçmiş müavinidir.

Müavinlərdən başqa, Rusiya MN -in çoxsaylı yüksək rütbəli personalı da hazırda həbsxanalardadır. Onlar yeyinti, korrupsiya və sabotajlarda ittiham olunurlar.

Belə çıxır ki, Şoyqunun ətrafında özündən başqa heç dürüst adam olmayıb.

Proseslərin gedişatı onu göstərir ki, "şaman" ləqəbli Sergey Şoyqunun başı gerçəkdən dərddədir. Bütün müavinlərini həbs edib, onu çöldə qoymayacaqlar.

Mütəxəssislər Rusiyanın Ukrayna ilə müharibədə uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri kimi müdafiə nazirıiyi və ordu sistemində illərlə baş alıb gedən rüşvət və korrupsiya, miqyaslı yeyintiləri göstərirlər.

Bu baxımdan, bu proseslərin başında dayanan Şoyqunun həbsi an məsələsidir.

Musavat.com

30.08.2024 10:26
2408