Şoyqu Ukraynada qabaqcıl silahlardan istifadə etməyi təklif edib

“Yaradılan qabaqcıl silah sistemləri Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində tətbiq edilməlidir”.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Modernləşdirməni və perspektivli sistemlərin yaradılmasını xüsusi hərbi əməliyyat zamanı istifadə etməyi davam etdirmək lazımdır”, - deyə Rusiya MN başçısı vurğulayıb.

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukrayna ilə müharibəyə başlayıb. Rəsmi Moskva Ukraynada apardığı müharibəni xüsusi hərbi əməliyyat adlandırıb.

30.11.2022 16:00
719