İranın Rusiyanı “Turan yolu”ndan çəkindirmək cəhdləri də “suya düşə” bilər; Tehran türk dünyasını birləşdirəcək istənilən kommunikasiyaya qısqanclıqla yanaşır; mübahisələrin həlli üçün ən uyğun platforma 3+3-dür” - politoloqdan maraqlı açıqlamalar
Dünyanın xüsusi diqqətində olan və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması məsələsində İranın pozucu fəaliyyəti davam edir. Ən çox Ermənistanın özünə ciddi dividentlər gətirəcək bu dəhlizin açılmasına mane olmaq üçün Tehran İrəvana ciddi təzyiqlər göstərir.
Hətta son vaxtlar İran bu məsələyə görə Rusiya ilə münasibətlərdə də “qırmızı xətti” keçməkdədir. Heç zaman rəsmi Moskvanın ziddinə getməyən Tehran maraqlıdır ki, Zəngəzur məsələsində Rusiya ilə söz güləşdirir. O gün olmur ki, cənub qonşumuzdan şimal qonşumuza ünvanlı hansısa mesaj, qınaq, etiraz olmasın. İranın rəsmi, yaxud vaxtilə vəzifələr tutmuş şəxsləri Rusiyanı Zəngəzur dəhlizinin reallaşması istiqamətində tutduğu mövqedən çəkindirməyə çalışır. Anormallıq odur ki, son illərdə Rusiya və İran arasında yaxın münasibətlərin əməkdaşlıq formuluna çevrilməsinə, imperialist güclərin faktiki olaraq bu iki ölkəni parçalayıb, əzməyə yönəlik planlarına baxmayaraq, rəsmi Tehran da məhz Rusiyanı hədəfə alır. Əslində İran öz ərazisində ABŞ, Fransanın hərbi varlığına imkan yaradan Ermənistanı cəzalandırmalı, Qərb paytaxtlarının, xüsusilə də anti-İran koalisiyasının sərhədlərinə yaxınlaşmasına mane olmalı idi. Amma baxın, ABŞ-ın Zvartnots hava limanına enən hərbi təyinatlı yüklərini “görməyən” İranın İrəvandakı səfiri Azərbaycana qarşı qarayaxmalarla məşğuldur. Yaxud Pentaqonun İranın “qulağının dibində” - Zəngəzurda hərbi baza yaratmasına səssiz qalan Tehran rəsmiləri Zəngəzur dəhlizinin açılmasını özlərinə təhlükə saymaqla bisavad davranışlar sərgiləyirlər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Azad İsazadədir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: