Sosioloji Tədqiqatlar Mərkəzi exit-poll nəticələrini açıqlayıb - FOTO

Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Musavat.com xəbər verir ki, mərkəzin təmsilçisi Natalya İsayeva mətbuat konfransında bildirib ki, anketler yaş, cins və namizədlər haqqında məlumatları əhatə edirdi.

O bildirib ki, 25 seçki dairəsi üzrə 125 məntəqədə exit poll keçirilib: "Exit poll-a 5016 nəfər cəlb edilib. Onların 51,2 faizi qadınlar, 48,8 faizini kişilər olub.

Mərkəzin exit-poll nəticələri belədir:

İlham Əliyev 92,4 faiz
Zahid Oruc 2,2 faiz
Fazil Mustafa 2 faiz
Qüdrət Həsənquliyev 1,6 faiz
Razi Nurullayev 0,6 faiz
Elşad Musayev 0,8 faiz
Fuad Əliyev 0,4 faiz səs toplayıb.

Nigar HƏSƏNLİ
Musavat.com

07.02.2024 20:14
578