Bakıda məktəbliləri təhdid edən qrup peyda olub.
Musavat.com xəbər verir ki, "Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.
Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək məktəblərə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər: "16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız" deyə, mesajda bildirilir.
DİN mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, məsələ dərhal nəzarətə götürülüb və araşdırılır.
Afaq Mirayiq,
Musavat.com