İstanbulda sosial media fenomeni və sənətçi Cihan Emre konsertdən sonra dayanacaqda bir qrup tərəfindən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, gənc fenomeni yerə yıxaraq təpiklə vurublar.
Hadisə zamanı onun 20 min Tl pulu daoğurlanıb.
Hadisədən sonra polis araşdırmada şəxsiyyətləri müəyyən edilən 3 nəfəri saxlayıb. Ədliyyəyə sövq edilən şəxslər tutularaq həbsxanaya göndərilib.
Musavat.com