İnstaqramda 1 milyon izləyicisi olan və paylaşdığı videolarla tanınan sosial media fenomeni Nilay Toprak, tıxacda məruz qaldığı hücumun görüntülərini sosial media hesabında paylaşıb.
Musavat.com xəbər verir ki, məşhur fenomen tıxacda motosikletdə olan 4 nəfərlə mübahisə edib və ayrı-ayrı şəxslərin hücumuna məruz qalıb.
Nilay Toprakın avtomobilinin şüşələri təpiklərlə sındırılıb. Sosial media fenomeni hücuma məruz qaldığı o anları sosial media hesabında izləyiciləri ilə paylaşıb.
"Həyatımda yaşadığım ən pis an budur",-deyə Nilay Toprak bildirib.
Musavat.com