Soros ABŞ-da 200 yerli radiostansiyadan ibarət şəbəkəni aldı: Tənzimləyicinin müəmmalı qərarı

Amerika tənzimləyicisi milyarder Corc Sorosun ümumi əhatə dairəsi 165 milyon nəfərdən çox olan 200-ə yaxın radiostansiyanı almasını nəzərdə tutan müqaviləni təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Post (NYP) məlumat yayıb.

Nəşr qeyd edir ki, müvafiq qərar ötən həftə sazişi dəstəkləyən üç demokrat və onun əleyhinə çıxış edən iki respublikaçının daxil olduğu ABŞ Federal Rabitə Komissiyasında (FCC) səs çoxluğu ilə qəbul edilib. Qəzet vurğulayır ki, Sorosa 200-dən çox Amerika radiostansiyasını birləşdirən “Audacy” platformasını almaq üçün sövdələşməni tamamlamağa icazə veriləcək. Bu zaman müqavilə bir ildən çox vaxt apara biləcək milli təhlükəsizli baxımından yoxlamadan keçirilməyəcək. Bu, “müasir tarixdə ilk dəfədir” baş verir.

NYP, qərarın ABŞ prezident seçkilərinə “cəmi bir neçə həftə” qalmış verildiyinə diqqət çəkir ki, bu da respublikaçıların narahatlığına səbəb olur. Nəşrin mənbələrindən biri şübhə edir ki, Soros əldə etdikdən sonra yerli radiostansiyalar mühafizəkar baxış tərəfdarlarının aparıcısı olduğu proqramları yayımlamağa davam edəcək. Qəzet qeyd edir ki, Soros 2024-cü ilin fevralında radiostansiyalar şəbəkəsini 400 milyon dollara almaq üçün ərizə verib.

Fox News kanalı öz növbəsində FCC nümayəndəsinə istinadən bildirir ki, qərar rəsmi elan olunana qədər qüvvəyə minmiş hesab edilmir. Telekanal vurğulayır ki, söhbət ABŞ-ın ikinci ən böyük radiostansiyalar şəbəkəsindən gedir.

Musavat.com

26.09.2024 23:48
319