“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.
Musavat.com xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
"Hörmətli xəbər-informasiya adminləri, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil. Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuatı xidməti 7/24 rejimdə fəaliyyət göstərir.
“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.
Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq", - E.Hacıyev qeyd edib.