“Müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağına razıdırlar".
Musavat.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasında deyib.
"Biz Ukraynanın korrupsiyaya qarşı mübarizə aparması, qanunun aliliyinin gücləndirilməsi, insan haqları və azlıqların hüquqlarının dəstəklənməsi kimi prioritet islahatlarla bağlı tövsiyələr verdik" - o bildirib.
Stoltenberq vurğulayıb ki, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır:
"Biz onları üzvlük yolunda dəstəkləməyə davam edəcəyik. NATO Ukraynanın azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək".
Musavat.com