SON DƏQİQƏ! Yük maşınları toqquşdu: 2 ölü, 1 yaralı

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Kazımov yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, iki yük maşınının toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

04.05.2022 19:50
1247