Qarabağda növbəti dəfə atəş səsləri eşidilib.
Musavat.com bu barədə Rusiya mediasına istinadən məlumat verir.
"Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin iki dəfə pozulması qeydə alınıb" - Rusiya Müdafiə Nazirliyinin xəbər bülletenində bildirilir.
Məlumata görə, insident zamanı ölən və yaralananlar olmayıb.
“Rusiya hərbi komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə insidentlə bağlı araşdırma aparır” - məlumatda qeyd edilib.
Musavat.com