Rusiya Fizika Nəzəri və Tətbiqi Mexanika İnstitutunun alimi Xristianoviç Valeri Zvegintsev dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.
Musavat.com Unikal.org-a istinadən xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb.
Onun barəsində cinayət işi açılıb. Bildirilir ki, 2022-ci ilin əvvəlindən Zvegintsev vətənə xəyanətdə şübhəli bilinərək saxlanılan üçüncü alim olub. Ondan əvvəl aerodinamik alimlər Anatoli Maslov və Aleksandr Şiplyuk da eyni ittihamla həbs olunublar.