SON DƏQİQƏ: Vardanyan getdi

Ruben Vardanyan Qarabağdakı qondarma qurumun “dövlət naziri” vəzifəsindən azad edilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, onun yerini prokuror Qurgen Nersisyan tutacaq.

Erməni mediası yazır ki, Vardanyanın getməsi Bakının Laçın dəhlizinin açılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı Xankəndi ilə danışıqlara başlaması üçün şərtlərdən biri idi.

Musavat.com

23.02.2023 16:32
3413