SON DƏQİQƏ: Ukrayna Krıma və Rostova HÜCUM etdi, Qara dənizdə SAVAŞ gedir - Üzeyir Cəfərovla CANLI

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 14 ədəd PUA-nı məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. PUA-lardan 4-ü Rostov vilayəti ərazisi üzərində, 10-u Krım səmasında məhv edilib. Qeyd olunur ki, Qara dəniz Donanmasının hərbi-dəniz aviasiyasının ekipajı Krım yarımadasına doğru gedən Ukraynaya məxsus 4 ədəd pilotsuz kateri də məhv edib.

Polşa Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlama verib. O, bildirib ki, son günlər prokurorluq ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim edib.

“Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var, bu səbəbdən Rusiya Federasiyasının Polşadakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim”, - deyə nazir bildirib.


Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymağı tələb edib. O, bu müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını bəyan edib: "Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və xalqını müdafiə edirik".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını növbəti düşmən addımı kimi qiymətləndirib və Rusiyanın cavabının ağır olacağını bildirib.

Rusiya Federasiyasının paytaxt Varşavadakı səfirliyindən başqa, Polşanın Qdansk, Krakov və Poznanda konsulluqları var.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da hərbi ekspert Üzeyir Cəfərovla “Canlı debat” verilişində müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

23.10.2024 11:17
646