SON DƏQİQƏ! Üç jurnalist polis idarəsinə çağırıldı

Eyni vaxtda üç jurnalist dindirilmə üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. İnarə Hümbətova aprelin 16-da, Şəms Hacıyeva və Mina Əliyarlı isə aprelin 17-də dəvət olunub.

Musavat.com-un xəbərinə görə, "Abzas Media"nın feysbuk səhifəsindəki paylaşımda deyilir ki, onları Ağır Cinayətlər İdarəsinin müstəntiqi Toğrul Hüseynov dəvət edib.

Məlumatda bildirilir ki, Mina Əliyarlı 2023-cü ilin noyabrında "Abzas Media"nın işi üzrə dindirilib. İnarə Hümbətova və Şəms Hacıyevaya gəlincə, onların "Abzas Media" ilə heç bir əlaqəsi yoxdur.

Aprelin 10-da jurnalist İsmayıl Tağıyev da dindirilməyə çağırılmışdı.

16.04.2024 18:42
2214