Türkiyənin Şanlıurfa vilayətində fevralın 6-da zəlzələ zamanı ziyan dəymiş 7 mərtəbəli bina uçub.
Musavat.com xəbər verir ki, hadisə barədə CNN Türk məlumat yayıb.
Verilən son məlumatlara görə, dağıntılar altında qalanlar var.
Binanın çökməsindən sonra hadisə yerinə çoxlu xilasetmə və təcili yardım göndərilib.
Musavat.com