Türkiyənin Antalya şəhərinin Demre rayonu sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ ətraf şəhər və rayonlarda da hiss olunub.
İlkin məlumata görə, zəlzələ heç bir dağıntı yaratmayıb.