Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahında partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Qeyd edilib ki, binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.
"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.
Musavat.com