Türkiyə Hərbi Dəniz Qüvvələri ABŞ-ın daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı iki hərbi gəmi göndərdiyi Şərqi Aralıq dənizində təlimlər keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, təlimlər oktyabrın 16-dan 20-dək baş tutacaq. Təlim Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Güzelyurt sahillərində keçiriləcək.
Bundan əlavə, oktyabrın 23-dən 27-dək ŞKTC hərbçiləri ilə birgə təlimlər də keçiriləcək.
Xatırladaq ki, ABŞ İsraili dəstəkləmək üçün Şərqi Aralıq dənizinə dörd esmines və bir kreyserlə birlikdə "USS Gerald Ford" təyyarədaşıyan gəmisini göndərib.
Musavat.com