SON DƏQİQƏ! Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırdı

“Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deyib”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

O bildirib ki, Türkiyənin minlərlə vətəndaşı terror qurbanı olub. Ərdoğan İŞİD terror təşkilatını meydanda məğlub edən tək NATO üzvü olduqlarını vurğulayıb.

17.03.2023 18:50
792