SON DƏQİQƏ! Türkiyə bu ölkələrə etiraz notası verdi

Türkiyə Yunanıstanın ABŞ-ın verdiyi hərbi texnikanı Lesbos və Sisam adalarına göndərməsinə görə hər iki ölkəyə etiraz notası verib.

Musavat.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.

26.09.2022 18:40
2421