SON DƏQİQƏ! Tural Novruzov direktor təyin olundu - FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə (ŞŞDQİ) icraçı direktor təyin olunub.

Bu barədə Musavat.com-a İdarədən məlumat verilib.

Bildirilib ki, İdarənin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov icraçı direktor vəzifəsinə təyin edilib.

17.05.2023 11:12
2876