"Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb".
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə komissiyasının sədri Armen Xaçatryan erməni KİV-ləri ilə söhbətində bildirib.
"Texniki cəhətdən başa çatdırmaq o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı bəyannaməsinə uyğun olaraq müəyyən edilib və təsdiq edilib. Yəni bu dirəklər Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılır", - Xaçatryan qeyd edib.
Musavat.com