SON DƏQİQƏ! Sumqayıtda partlayış: ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib:

"Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

***

Sumqayıtda baş verən partlayış hadisəsinin bəzi detalları bəlli olub.

APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27A ünvanındakı yaşayış binasında qeydə alınıb.

Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

***

Sumqayıt şəhərində mənzildə partlayış olub.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

16.08.2024 13:11
1594