Bu gün Rusiya sülhməramlılarının Qarabağdakı (Xocalı) bazası tamamilə bağlanır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Caliber yayıb.
Məlumata görə sülhməramlıların Qarabağ bölgəsini tərk etməsi münasibətilə Xocalıda təntənəli tədbir keçiriləcək.
Hər iki tərəfdən yüksək rütbəli hərbi rəsmilərin iştirakı gözlənilir. Rusiya Qarabağı tamamilə və dönməz şəkildə tərk edir və bu, əlamətdar hadisədir. Eyni zamanda vaxtilə “Ruslar Qarabağı tərk etməyəcəklər” deyənlərə cavabdır.
Musavat.com