SON DƏQİQƏ! SOCAR-ın bu zavodlarının qurğuları dayandırıldı - VİDEO

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

Bu barədə “Azərikimya” İB-dən məlumat verilib.

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.  (Report)

12.07.2025 17:00
2446