Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.
Bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
O, ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi. Komatoz vəziyyətdə olduğu bildirilirdi.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında çalışıb. (Oxu.az)